Jun 24, 2025
Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025
Aİ tərəfindən maliyyələşdirilən Rəqəmsal bacarıqlar və məşğulluq platforması 2025-ci il üzrə Rəqəmsal Bacarıqlar Mükafatı üçün layihə və təşəbbüslərin qəbuluna başlayıb.
2025-ci il üzrə mükafat beş kateqoriya üzrə təqdim olunacaq:
- İş yerində rəqəmsal texnologiyalar sahəsində bacarıqların təkmilləşdirilməsi: müxtəlif sektorlarda və KOB-larda işçi qüvvəsinin rəqəmsal texnologiyalar sahəsində bacarıqlarının artırılması və yenidən ixtisaslaşmasına yönəlmiş və bütün səviyyələrdə İKT mütəxəssislərinin məşğulluğuna şərait yaradan təşəbbüslər.
- Təhsil üzrə rəqəmsal bacarıqlar: xüsusilə müəllimlər və/və ya tələbələr, peşə məktəbləri və məktəb rəhbərləri üçün rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşmanı nəzərdə tutan layihələr.
- Rəqəmsallaşan dünyaya inteqrasiya:
- Etnik azlıqlar, miqrantlar, əlillər, təcrid olunmuş yaşlı insanlar və uşaqlar, ucqar regionlarda yaşayan və yüksək risk qrupuna aid şəxslər daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, yoxsulluq, sosial təcrid, ayrı-seçkilik və zorakılıq riski altında olan qruplar üçün rəqəmsal texnologiyalar sahəsində təlim və media sahəsində savadlılığa imkan yaradan təşəbbüslər;
- Rəqəmsal əlçatanlıq üzrə bacarıqların inkişafına yönəlmiş təşəbbüslər.
- İKT sektorunda çalışan qadınlar: işçi qüvvəsində qadınların rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşması üzrə imkanların təqdim olunması və gənc qızların İKT sahəsində karyera qurmağa həvəsləndirilməsi ilə İKT sahəsində qadınların sayının artırılmasına yönəlmiş layihələr.
- Kibertəhlükəsizlik üzrə bacarıqlar: Vətəndaşların və KOB-ların kibertəhlükəsizlik üzrə bacarıqlarının inkişafı üçün işlənib hazırlanmışdır.
Mükafatı almaq üçün dövlət və qeyri-dövlət müəssisələri, təhsil ocaqları, yerli təşəbbüslər və ya Aİ tərəfindən maliyyələşdirilən layihə konsorsiumları müraciət edə bilər. Hal-hazırda icra olunan və məqsədinin azı yarısına çatan layihə və ya təşəbbüs və ya icrası 2024-cü ilin yanvar ayından sonra tamamlanan layihələr təqdim oluna bilər. Layihə və ya təşəbbüs azı bir Aİ-yə üzv ölkədə icra olunmalıdır. Aİ-yə üzv olmayan ölkələrdə həyata keçirilən layihələri də təqdim etmək olar, amma onların Aİ-yə üzv ölkədəki təsiri nümayiş etdirilməlidir.
Müraciət üçün son tarix iyul ayının 15-dir.
Daha çox öyrən: Mətbuat üçün açıqlama
BAĞLANIŞ TARİXİ: İyul 15, 2025
Data in Global
Aİ-Azərbaycan tədqiqat və innovasiya əməkdaşlığı: təklif yazma düşərgəsi və ekspert məsləhətləşmələri
Jan 19, 2026
9-13 fevral tarixlərində Avropa Komissiyası Azərbaycandan tədqiqatçıları, innovatorları və Milli Əlaqə Nöqtələrini üç günlük Təklif Yazma Düşərgəsinə və iki günlük ekspert məsləhətləşmələrinə dəvət edir.
Azərbaycan növbəti iki ildə bərpa olunan enerjiyə təxminən 3 milyard dollar cəlb edəcək
Jan 05, 2026
Növbəti iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.
Azərbaycanda Aİ Gənclərinin İntellektual Müsabiqəsi
Jan 03, 2026
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri (YEAs) ilə əməkdaşlıq çərçivəsində, 16-25 yaş arası gənc Azərbaycanlıları 2026-cı il Aİ Gənclər İntellektual Müsabiqəsində iştirak etməyə dəvət edir.
İspaniya İnnovasiya və Dizayn Biznes Görüşü
Nov 04, 2025
Sizi 11 noyabr 2025-ci il tarixində Bakıdakı Fairmont Otelində keçiriləcək İspaniya İnnovasiya və Dizayn Biznes Görüşünə dəvət etməkdən məmnunluq duyuruq.
Avropa Təamları Festivalına qatılın!
Oct 08, 2025
Sizi Avropa Kulinariya Festivalına dəvət edirik! Burada Avropanın ən dadlı yeməkləri, canlı yemək bişirmə şouları və əsl bayram ab-havası sizi gözləyir.
Go Net Zero Energy – Caspian and Central Asia Summiti
Sep 16, 2025
Mərkəzi Asiya və Xəzər regionunda keçirilmiş “Hidrogen Sammiti”nin uğuruna əsaslanaraq, qürurla təqdim edirik – ilk dəfə keçiriləcək Go Net Zero Energy - Caspian & Central Asia Summit – dayanıqlı və aşağı karbonlu enerji keçidinə yönələn əsas regional maraqlı tərəflərin görüş platforması.
Blue Book 2026: Avropa Komissiyasında beş aylıq təcrübə proqramlarında iştirak üçün müraciət edin
Jul 25, 2025
2026-ci ilin mart ayında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb.
EU4Digital ŞT klasterlərini “Klasterlərin regionlarla görüşü” adlı tədbirə dəvət edir
Jun 28, 2025
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən klaster təşkilatlarını 1-2 iyul 2025-ci il tarixində Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Klasterlərin regionlarla görüşü” adlı tədbirdə iştirak etməyə dəvət edir.
Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025
Jun 24, 2025
Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025 – iyulun 15-dək müraciət edin
Avropa Şəhərciyi – EuroVillage2025 Bakıda!
Jun 19, 2025
Avropa İttifaqı sizi “EuroVillage 2025” tədbirinə dəvət edir!
Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu
Nov 08, 2024
Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu Baku'da, Polşanın ayrı COP29 yan tədbiri olaraq, 18 noyabr tarixində saat 10:00-da Landmark Baku (90A Nizami küçəsi) Rotunda zalında keçiriləcək.
Mərkəzi Baltik və Azərbaycan Yaşıl Texnologiyalar və Dayanıqlılıq Forumu
Oct 14, 2024
17 oktyabrda Bakıda keçiriləcək Mərkəzi Baltik – Azərbaycan Biznes Forumu Latviyadan, Estoniyadan, Finlandiyadan və Azərbaycandan olan biznes liderləri, yenilikçilər və hökumət nümayəndələrini bir araya gətirərək dayanıqlı texnologiya sahəsində tərəfdaşlıqları araşdırmaq və gücləndirmək məqsədi daşıyır.