Feb 11, 2024

Avropa Təlim Fondu “Yaşıl Bacarıqlar Mükafatı 2024” üçün ərizələrin qəbuluna başlayıb

Avropa Təlim Fondu (ETF) yaşıl iqtisadiyyata keçidin gücləndirilməsində bacarıqların rolu haqqında qabaqcıl təcrübə nümunələrinin və hekayələrin qəbuluna başlayıb. Şərq Tərəfdaşlığı ölkələri də bu mükafatı almaq üçün müraciət edə bilər.

 

ETF dünyanın hər yerindən təhsil və məşğulluq sahəsində çalışan qanunvericilərin və təcrübəçilərin daha yaşıl və daha ədalətli iqtisadiyyat və cəmiyyətə necə töhfə verə biləcəyinə dair innovativ ideyalar toplamaq məqsədini güdür.  

 

Bu fond aşağıdakılardan hekayələrin qəbulunda maraqlıdır:

  • yeni yaşıl texnologiyaları və istehsal proseslərini tətbiq edən və işçi heyətinin onları tətbiq etmək bacarıqlarını inkişaf etdirən müəssisələr ;
  • müəllim və təlimçilərə ətraf mühit məsələləri və yaşıl texnologiyalar üzrə ən yeni biliklər aşılayan təlim təminatçıları;
  • sənaye üçün yaşıl bacarıqları inkişaf etdirmək məqsədilə təlim standartları və/və ya təlim kursları təqdim edən sənaye sahələri və sektorlar;
  • müxtəlif nazirliklər və dövlət orqanları ilə koordinasiya çərçivəsində ekoloji maarifləndirmə proqramları hazırlayan dövlət və özəl qurumlar;
  • təlim kurslarının peşələrlə uyğunlaşdırılması və yaşıl iqtisadiyyat sahəsində biznes imkanları haqqında məlumatlılığın artırılması üzrə ictimai məşğulluq xidmətləri;
  • yaşıl iqtisadiyyatın inkişafına çalışan dövlət və özəl sektor arasında tərəfdaşlıq;
  • digər hekayələr.

 

On finalçı ETF və onun beynəlxalq tərəfdaşlarının nəşrlərində və onlayn kommunikasiyalarında nümayiş etdiriləcək. Məqsəd hər bir təşəbbüs haqqında məlumatlılığı və müsbət təsiri maksimum dərəcədə artırmaqdır. ETF həmçinin finalçıların hekayələrini dünyanın hər yerində yeni auditoriyaya çatdırmaq üçün qısa filmlərin istehsalını planlaşdırır.

 

Finalçılar arasından seçilən üç qalibə 2024-cü il üzrə Yaşıl Bacarıqlar Mükafatı veriləcək.

 

Qaliblər və finalçılar mükafatlandırma tədbirinə dəvət olunacaq (tədbirin yeri və tarixi sonrakı mərhələdə bildiriləcək).

 

Müraciət etmək üçün ingilis, fransız, rus və ya ukrayna dilində onlayn müraciət formasını doldurun və 29 fevral tarixinə qədər təqdim edin.

 

Daha çox öyrən

Data in Global

İspaniya İnnovasiya və Dizayn Biznes Görüşü

Nov 04, 2025

Sizi 11 noyabr 2025-ci il tarixində Bakıdakı Fairmont Otelində keçiriləcək İspaniya İnnovasiya və Dizayn Biznes Görüşünə dəvət etməkdən məmnunluq duyuruq.

Avropa Təamları Festivalına qatılın!

Oct 08, 2025

Sizi Avropa Kulinariya Festivalına dəvət edirik! Burada Avropanın ən dadlı yeməkləri, canlı yemək bişirmə şouları və əsl bayram ab-havası sizi gözləyir.

Go Net Zero Energy – Caspian and Central Asia Summiti

Sep 16, 2025

Mərkəzi Asiya və Xəzər regionunda keçirilmiş “Hidrogen Sammiti”nin uğuruna əsaslanaraq, qürurla təqdim edirik – ilk dəfə keçiriləcək Go Net Zero Energy - Caspian & Central Asia Summit – dayanıqlı və aşağı karbonlu enerji keçidinə yönələn əsas regional maraqlı tərəflərin görüş platforması.

Blue Book 2026: Avropa Komissiyasında beş aylıq təcrübə proqramlarında iştirak üçün müraciət edin

Jul 25, 2025

2026-ci ilin mart ayında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb.

EU4Digital ŞT klasterlərini “Klasterlərin regionlarla görüşü” adlı tədbirə dəvət edir

Jun 28, 2025

EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən klaster təşkilatlarını 1-2 iyul 2025-ci il tarixində Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Klasterlərin regionlarla görüşü” adlı tədbirdə iştirak etməyə dəvət edir. 

Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025

Jun 24, 2025

Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025 – iyulun 15-dək müraciət edin

Avropa Şəhərciyi – EuroVillage2025 Bakıda!

Jun 19, 2025

Avropa İttifaqı sizi “EuroVillage 2025” tədbirinə dəvət edir!

Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu

Nov 08, 2024

Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu Baku'da, Polşanın ayrı COP29 yan tədbiri olaraq, 18 noyabr tarixində saat 10:00-da Landmark Baku (90A Nizami küçəsi) Rotunda zalında keçiriləcək.

Mərkəzi Baltik və Azərbaycan Yaşıl Texnologiyalar və Dayanıqlılıq Forumu

Oct 14, 2024

17 oktyabrda Bakıda keçiriləcək Mərkəzi Baltik – Azərbaycan Biznes Forumu Latviyadan, Estoniyadan, Finlandiyadan və Azərbaycandan olan biznes liderləri, yenilikçilər və hökumət nümayəndələrini bir araya gətirərək dayanıqlı texnologiya sahəsində tərəfdaşlıqları araşdırmaq və gücləndirmək məqsədi daşıyır.

Qeydiyyatdan keçin! EU4Digital İKT və İnnovasiyalar Forumu: Şərq Tərəfdaşlığı klasterləri

Sep 19, 2024

9 Oktyabr 2024-cü il tarixində “Rəqəmsal innovasiyaları dəstəkləmək üçün Şərq Tərəfdaşlığı klasterlərinin potensialının artırılması” mövzusunda keçiriləcək  EU4Digital İKT və İnnovasiyalar Forumu üçün qeydiyyat başlanıb.

Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu

Jun 21, 2024

Birinci Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu (onlayn) Polşa və Azərbaycanın fintech sektorları arasında əməkdaşlıq imkanlarına həsr olunacaq.

2024-cü il üçün Aİ Biznes Mühiti Sorğusunda Anonim İştirak Edin

Jun 07, 2024

Avropa şirkətlərini 2024-cü il üçün anonim Avropa İttifaqı Biznes Mühiti Sorğusunda iştirak etməyə dəvət edirik.