Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2019
Aİ Biznes Mühiti Hesabatı Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin ölkədəki hazırkı iqtisadi vəziyyətə, biznes və investisiya mühitinə dair fi kirlərini əks etdirən illik bisnez mühiti sorğusunun nəticələri əsasında hazırlanır. Azərbaycanda fəaliyyət göstərən və ölkə ilə əməkdaşlıq edən Aİ şirkətlərinin sayı 400-dən artıqdır. Ölkəyə cəlb edilən birbaşa xarici investisiyaların və Azərbaycanın ticarətinin böyük bir hissəsi bu şirkətlərin payına düşür.
Bu hesabat 2015-ci ildən bəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşən illik “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanmışdır. Bu, Azərbaycanda iş mühitini ölkədə fəaliyyət göstərən Avropa şirkətləri baxımından təqdim edilmiş dördüncü illik tədqiqatdır.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən (2019-cu ilin yanvar-fevral ayları ərzində) aparılan bu ilki sorğu ardıcıl olaraq həyata keçirilən sayca dördüncü sorğudur.
Sorğunun başlıca məqsədi Aİ şirkətlərinin fikirlərinə əsaslanaraq Azərbaycandakı cari makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühiti haqqında məlumat verməkdir. Bundan əlavə, sorğu Aİ şirkətlərinin qısamüddətli inkişaf gözləntilərini, qarşılaşdıqları çətinlikləri və həll olunmalı problemləri işıqlandırır. Hər il aparılan bu tədqiqat əsas biznes göstəricilərində və investisiya faktorlarında ilbəil baş verən dəyişiklikləri göstərməklə ölkədəki iqtisadi tendensiyaları işıqlandırır. Əldə olunan məlumatlar biznes fəaliyyətinə və ya biznesin inkişafına əngəl törədən əsas amilləri müəyyənləşdirməklə və onların mənfi təsirinin azaldılması, yaxud səmərəli həll yollarını təklif etməklə ölkədəki cari vəziyyətin qiymətləndirilməsinə böyük töhfə verir.
Pages: 0 pages | File size: 0.0 MB