Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

Mar 10, 2025

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb.

 

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, Budapeştdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.

 

Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

 

İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

 

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır və bu razılaşmalar “yaşıl hidrogen”in inkişafı ilə bağlı planlarımızı da dəstəkləyəcək. Nazir layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial “yaşıl enerji” həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini diqqətə çatdırıb. GECO və CESI ilə sıx koordinasiya şəraitində İşçi Qrupunda iki iş axınının yaradılması  təklif edilib: “Birinci axın layihənin iş modellərinə fokuslanaraq potensial investorlar və alıcılarla əlaqə qurulması üçün hazırlıq işlərini apara, ikinci axın isə texniki detalları, ENTSO-E və digər müvafiq qurumların tələblərinə uyğunluğu nəzərdən keçirə bilər.”

 

Nazir, həmçinin layihənin fiber-optik komponentinin TİƏ ilə bağlı iş həcminə daxil edilməsi üçün də qəti addımların atılmasının vacibliyini diqqətə çatdırıb.

 

Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb.

 

Məktub “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır. Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi üçün 2025-ci ilin 1 aprelindən 9 mayına qədər müvafiq müraciətin ötürücü sistem operatoru kimi “Transelectrica” tərəfindən,  ümumi prosesə nəzarətin isə GECO ilə birgə həyata keçirilməsi razılaşdırılıb.

 

Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponentlə əlaqədar məsələlərin TİƏ-nin iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd  imzalanıb.

 

Nazirlərin növbəti görüşünün Gürcüstanda keçirilməsinə qərar verilib.

 

Yekunda nazirlərin Budapeşt görüşünün nəticələrinə dair brifinq keçirilib.

 

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Latest

Varşavada Şərq Tərəfdaşlığı Biznes Forumu keçirildi

News

Şərq Tərəfdaşlığı Biznes Forumu 2025-ci il 15–16 aprel tarixlərində Varşavadakı PGE Narodowy Stadionunda keçirilib. Forum Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, regional prioritetlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparmaq üçün platforma rolunu oynayıb.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

News

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.

Azərbaycan Yaşıl Enerjinin genişləndirilməsi üçün Dünya Bankından 173,5 milyon dollar kredit alıb

News

Dünya Bankı ölkənin elektrik infrastrukturunun gücləndirilməsi və bərpa olunan enerji inteqrasiyasının artırılması məqsədi daşıyan Azərbaycanın Bərpa olunan Enerji Mənbələrinin Genişləndirilməsi (AZURE) layihəsini dəstəkləmək üçün 173,5 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.

Dünya Bankı Azərbaycanın yüksək gəlirli ölkə statusuna keçməsi üçün şərtləri açıqlayır

News

Dünya Bankı (DB) ölkənin adambaşına düşən ümumi milli gəlirdə (ÜMİ) orta illik artım tempinin 4,9% olduğunu nəzərə alsaq, Azərbaycanın yüksək gəlirli ölkələr qrupuna keçməsi üçün təxminən 22 il vaxt lazım olacağını proqnozlaşdırır.

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır - səfir

News

Avropa İttifaqı (Aİ) Azərbaycan üçün ən güclü bazardır. APA-Economics xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Miçalko deyib.

İtaliya səfiri: İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr çox güclüdür

News

İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr çox güclüdür. APA-nın məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Kanfrançesko ADA Universitetində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycan və İspaniya arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

News

İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşüb.

Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

News

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb.

Orta Dəhliz regional əlaqəni gücləndirmək üçün yeni razılaşmalarla sürət qazanır

News

Bu gün Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) Beynəlxalq Assosiasiyasının Baş Assambleyasının iclası keçirilib.

S&P Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb

News

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb.

İspaniyada Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair konfrans keçirilib

News

Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Kral Xuan Karlos Universitetinin birgə təşkilatçılığı ilə İspaniyada Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair konfrans keçirilib.

AYİB Azərbaycanın Gəncə şəhərində su infrastrukturunu maliyyələşdirir

News

Bu gün Davosda AYİB-in vitse-prezidenti Yurgen Riqterink və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanmış kredit sazişində Bank Gəncənin su idarəetmə sistemlərinin təkmilləşdirilməsinin maliyyələşdirilməsinə 35 milyon avro ayırıb.