Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı

Jul 01, 2025

Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb.

 

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində kredit sazişi imzalanıb.


 

İmzalanma mərasimində iki sənəd - “AzərEnerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) arasında kredit müqaviləsi və Azərbaycan Respublikası ilə IBRD arasında zəmanət sazişi təsdiqlənib.

 

Məbləği 173,5 milyon ABŞ dolları olan kredit müqaviləsini “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ştefani Ştаlmaister imza atıblar.

 

Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.

 

Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.

 

İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə BOEM-lərin elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasına dəstək verməkdir.

 

Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.

SON XƏBƏRLƏR

Belçika-Azərbaycan Ticarət Palatasının Bakıda ofisi açılıb

News

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) Bakıda ofis açıb ki, bu da ikitərəfli işgüzar əlaqələrin inkişafında mühüm mərhələdir.

Aİ-Azərbaycan Biznes Forumu 2026 oktyabrın 21-də Bakıda keçiriləcək

News

Avropa İttifaqı-Azərbaycan Biznes Forumu 2026: Aİ-Azərbaycan biznes dialoqunun 10 illiyi

Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026

News

Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları

Avropa Ticarət Palatalarının Şəbəkələşmə tədbiri keçirilib

News

Bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən Aİ Ticarət Palatalarının nümayəndələrini bir araya gətirən "Avropa Palataları üçün Şəbəkələşmə Səhər Yeməyi" tədbiri keçirilib.

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur

News

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 49 faizi ötüb

News

Cari ilin ilk 6 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard 43 milyon 858,31 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 994 milyon 933,69 min dollar azalma deməkdir.

Polşa biznesinin təmsilçiləri Azərbaycana səfər edəcək

News

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.

Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub

News

Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub.

Azərbaycan bankı Avropa fondu ilə yeni iri kredit sazişi imzalayıb - 22 milyon avro cəlb edir

News

Bank Respublika kiçik və orta biznesin dəstəklənməsi üçün EFSE-dən 22 milyon avro məbləğində vəsait cəlb edir. Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq.

Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq

News

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb.

Ticarət Missiyası Bakıya (Azərbaycan), 28 sentyabr - 1 oktyabr 2026-cı il

News

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) sizi Azərbaycan Respublikasının canlı paytaxtı Bakıya eksklüziv ticarət missiyasında iştirak etməyə dəvət etməkdən məmnunluq duyur.

"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib

News

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.