Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvanda nəqliyyat layihələrini müzakirə edib
Aug 31, 2025
Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı qədim diyar Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib. Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.
F.Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda alternativ enerji, logistika və turizm sektorlarında mühüm layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.
SON XƏBƏRLƏR
Apr 09, 2026
Azərbaycanın bərpa olunan mənbələrdən istehsal edilən enerjisi artıq beynəlxalq sertifikatlaşdırılır
News
Azərbaycan bərpa olunan enerji sektorunun inkişafı və dekarbonizasiya hədəflərinə nail olmaq istiqamətində mühüm addım ataraq, Beynəlxalq Bərpa Olunan Enerji Sertifikatları sistemi I-REC(E) mexanizmini tətbiq etməyə başlayır.
Mar 12, 2026
Aİ münaqişədən sonrakı çətinliklər fonunda Azərbaycanla enerji və təhlükəsizlik əlaqələrini dərinləşdirir
News
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) cümə axşamı yayımladığı birgə bəyanata görə, iki lider Aİ-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmətə və beynəlxalq hüquqa, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslandığını bildiriblər.
Mar 04, 2026
“Yaşıl bağlantı üzrə investisiya” mövzusunda Azərbaycan–Avropa İttifaqı dəyirmi masası keçirilib
News
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Mar 02, 2026
Avropa İttifaqının nazirləri Bakıya gəlirlər
News
Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçiriləcək.
Feb 14, 2026
Aİ Azərbaycanda bələdiyyələrin layihələrinə 5 milyon avro ayıracaq
News
Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində layihələr həyata keçiriləcək.
Feb 13, 2026
Naxçıvan Aİ-Azərbaycan tərəfdaşlığında əsas mərkəz kimi diqqət mərkəzindədir
News
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Marijana Kuyundjiçin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edərək Azərbaycanla Aİ arasında artan tərəfdaşlığı vurğuladı.
Feb 09, 2026
Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması ilə bağlı prioritetlərindən danışılıb
News
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.
Feb 08, 2026
Aİ Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək
News
Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək.
Feb 03, 2026
Aİ və Azərbaycan investisiya və əlaqələri artırmaq üçün əməkdaşlığı gücləndirir
News
Bu gün Avropa İttifaqı və Azərbaycan Aİ-nin Qlobal Qapı təşəbbüsü və bu yaxınlarda təqdim edilən Regionlararası Əlaqə Gündəliyi çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəldilər.
Feb 02, 2026
Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla gələcək biznesin dəstəklənməsi layihələri üçün imkanları araşdırır (ÖZƏL)
News
Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla biznes-delegasiyaları və qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığın inkişafı üçün effektiv və özünü doğrultmuş alət kimi qiymətləndirir.
Jan 28, 2026
Azərbaycan və Aİ daha güclü iqtisadi əməkdaşlığa niyyətlidirlər
News
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman ilə iqtisadi əməkdaşlığın gücləndirilməsinə diqqət yetirərək danışıqlar aparıb.
Jan 27, 2026
Azərbaycan Avropa ilə iki yeni enerji müqaviləsi imzalayıb
News
Azərbaycan Avstriya və Almaniya ilə iki yeni enerji təchizatı müqaviləsi imzalayıb və bununla da Avropanın əsas təchizatçısı kimi mövqeyini möhkəmləndirib.