"Moody's": Azərbaycan BOEM-in inkişafı üzrə regional liderə çevrilir
Sep 03, 2025
Xarici sərmayədarların Azərbaycanın bərpa olunan enerji sektoruna marağının artması hökumətin bu sahədəki məqsədlərinə çatmasında mühüm amil olacaq.
Bu barədə "Report" "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
Hesabat müəllifləri qeyd ediblər ki, Mərkəzi Asiya və Qafqaz ölkələri son illər enerji sektoruna özəl investisiyaların cəlb edilməsi istiqamətində addımlar atıb. Əsas tədbirlərə enerji bazarlarının liberallaşdırılması, subsidiyaların azaldılması, kommunal müəssisələrin istehsal, ötürücü və paylayıcı şirkətlərə bölünməsi daxildir.
"Müstəqil tənzimləyicilər və standartlaşdırılmış elektrik alqı-satqısı müqavilələri ilə dövlət-özəl tərəfdaşlıq (PPP) mexanizmləri yaradılıb. Qırğızıstan, Tacikistan və Özbəkistan elektrik enerjisi tariflərini xərclərin ödənilməsi səviyyəsinə çatdırmaq üçün addımlar atır. Özbəkistan 2027-2028-ci ilə qədər bu modelə tam keçid etməyi hədəfləyir. Bu islahatlar daha rəqabətli bazarlar yaratmağa, özəl kapital cəlb etməyə imkan verib, nəticədə də Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafında regional liderlər kimi seçilir", - hesabatda qeyd olunur.
"Moody's" xatırladır ki, COP29-a hazırlıq çərçivəsində Azərbaycan BOEM hədəf göstəricisini 2030-cu ilədək quraşdırılmış gücün 35,5 %-nə çatdırıb. Bununla əlaqədar ümumi gücü 2 250 MVt olan günəş və külək layihələrinin istismara verilməsi planlaşdırılır.
"AzərEnerji" dövlət şirkəti ümumi gücü 2 QVt olan doqquz günəş və külək elektrik stansiyası, həmçinin yeni su elektrik stansiyaları tikmək niyyətindədir.
Hesabatda vurğulanır ki, xarici investorların marağı bu planların həyata keçirilməsinə mühüm töhfə verir. Əsas layihələr arasında gücü 240 MVt, investisiya həcmi təxminən 200 milyon ABŞ dolları olan "Şəfəq" günəş elektrik stansiyası, "Qaradağ" günəş elektrik stansiyası (230 MVt, 262 milyon ABŞ dolları), 1 QVt gücə malik olacaq BƏƏ-nin "Masdar" şirkətinin "Mega" layihəsi, "Xızı-Abşeron" külək elektrik stansiyası (240 MVt, 34 milyon ABŞ dolları) göstərilir. Bundan əlavə, Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə quruda 1 QVt gücündə külək stansiyalarının və 1,5 QVt gücündə dəniz külək stansiyalarının tikintisi, həmçinin enerjinin saxlanması sisteminin yaradılması və "yaşıl hidrogen" layihələri üzrə sazişlər imzalayıb.
LATEST
May 16, 2026
EU's traditional EuroVillage event to be held in Azerbaijan's Ganja this year
News
The European Union's (EU) traditional EuroVillage event will be held in the city of Ganja in June of this year, EU Ambassador to Azerbaijan Marijana Kujundžić announced at an event held on the occasion of Europe Day.
May 06, 2026
Azerbaijan, EU explore cooperation
News
On May 5, Jeyhun Bayramov, Azerbaijan’s Minister of Foreign Affairs, met with Kaja Kallas, High Representative of the European Union for Foreign Affairs and Security Policy and Vice-President of the European Commission.
Apr 28, 2026
Azerbaijan-Czechia business forum held in Gabala
News
On April 27, an Azerbaijan-Czechia business forum was held in Gabala with the participation of President of the Republic of Azerbaijan Ilham Aliyev and Prime Minister of the Czech Republic Andrej Babiš.
Apr 24, 2026
Several documents signed as part of Azerbaijan-Latvia business forum
News
As part of the Azerbaijan–Latvia business forum, Memorandums of Understanding were signed between AZPROMO and the Latvian Chamber of Commerce and Industry, as well as “Caspian Energy Club International” LLC and “Power House Latvia” LCC.
Apr 20, 2026
Latvia engaged in fostering practical cooperation between Azerbaijan and EU - FM (Exclusive interview)
News
Latvia is engaged in fostering practical cooperation between Azerbaijan and the European Union (EU), Minister of Foreign Affairs of Latvia, Baiba Braže said in an exclusive interview
Apr 17, 2026
Azerbaijan, EU mull resuming negotiations on new bilateral agreement
News
On April 16, a meeting between delegations from Azerbaijan and the European Union took place in Brussels to resume negotiations on a new bilateral agreement and hold further discussions on the Partnership Priorities document
Apr 09, 2026
Azerbaijan Introduces I-REC(E) Mechanism – A New Milestone in Renewable Energy Certification
News
Azerbaijan has taken a significant step towards advancing its renewable energy sector and achieving its decarbonisation targets by introducing the International Renewable Energy Certificate system – I-REC(E).
Mar 12, 2026
EU deepens energy, security ties with Azerbaijan amid post-conflict challenges
News
The EU seeks to deepen deepen cooperation with Azerbaijan on energy, transport and security after European Council President António Costa met President Ilham Aliyev in Baku on 11 March 2026.
Mar 04, 2026
Baku hosts EU-Azerbaijan Green Connectivity Investment Roundtable
News
In parallel with Southern Gas Corridor Advisory Council 12th Ministerial Meeting and Green Energy Advisory Council 4th Ministerial Meeting, the EU-Azerbaijan Green Connectivity Investment Roundtable was organized in Baku.
Mar 02, 2026
EU Ministers are coming to Baku
News
On March 3, the 12th Ministerial Meeting of the Southern Gas Corridor Advisory Council and the 4th Ministerial Meeting of the Green Energy Advisory Council will be held in Baku.
Feb 14, 2026
EU to provide €5 million for municipal projects in Azerbaijan
News
Within the framework of the European Unions (EU) Covenant of Mayors for Climate and Energy, €5 million worth of projects will be implemented for municipalities in Azerbaijan,
Feb 13, 2026
Nakhchivan spotlighted as key hub in EU-Azerbaijan partnership
News
A delegation led by the European Union (EU) Ambassador to Azerbaijan Marijana Kujundžić visited the Nakhchivan Autonomous Republic, underscoring the growing partnership between Azerbaijan and the EU.