Belçika səfiri: "Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış saziş Orta Dəhlizin potensialını gücləndirəcək"

Sep 10, 2025

Avropanı Mərkəzi Asiya ilə birləşdirən və digər ölkələrə uzanan Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə artır.

 

"Report" xəbər verir ki,  bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon (Jyulen de Frepon) Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.

 

"Orta Dəhliz ənənəvi marşrutların son dərəcə vacib alternativinə çevrilib. Ötən il bu dəhlizlə yük daşımalarının həcmi 60 %-dən çox artıb, konteyner daşımalarının isə 2030-cu ilə qədər üç dəfə artacağı proqnozlaşdırılır. Bu yaxınlarda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış və bizim də alqışladığımız saziş bu potensialı yalnız gücləndirəcək", - səfir qeyd edib.

 

Onun sözlərinə görə, imkanlarla yanaşı çağırışlar da var: infrastrukturla bağlı darboğazlar, natamam hüquqi çərçivələr və daha geniş regionda geosiyasi qeyri-sabitlik regional tədarük zəncirlərinin dayanıqlılığını sınağa çəkməyə davam edir.

 

"Aİ bu çağırışları qəbul edib və Qara dəniz regionu üçün yeni strategiya ilə cavab verib. Bu strategiyanın əsas elementi Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat, enerji və rəqəmsal dəhlizlərin yaradılmasına yönəlmiş əlaqələrin inkişaf gündəliyidir", - J. Frepon əlavə edib.

 

Diplomatın sözlərinə görə, söhbət təkcə infrastrukturdan getmir.

 

"Söhbət inklüziv tərəfdaşlıq və ağıllı investisiyalar vasitəsilə sabit, təhlükəsiz və firavan regionun yaradılmasından gedir. Avropa İttifaqının təsisçi ölkəsi və qlobal logistika mərkəzi olan Belçika bu layihələrə töhfə vermək üçün yaxşı mövqeyə malikdir. Bizim limanlarımız - Antverpen, Brugge, həmçinin Gent və Liege daxili limanları Avropanın ən böyük limanları arasında yer alır. Belçika şirkətləri və ekspertləri multimodal daşımalar, rəqəmsal platformalar və "yaşıl logistika" sahəsində dünya təcrübəsinə malikdir. Mən regional iştirakçıları, yerli şirkətləri Belçika şirkətləri ilə tərəfdaşlıq imkanlarını araşdırmağa çağırıram, bu, həm onların texniki ekspertizası, həm də etibarlılığa, davamlılığa və uzunmüddətli əməkdaşlığa sadiqliymiz üçün lazımdır. Biz inanırıq ki, belə strateji tərəfdaşlıqlar vasitəsilə bu region qlobal mərkəzə və dünya ticarətinin təməl daşına çevrilə bilər", - səfir vurğulayıb.

SON XƏBƏRLƏR

Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026

News

Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları

Avropa Ticarət Palatalarının Şəbəkələşmə tədbiri keçirilib

News

Bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən Aİ Ticarət Palatalarının nümayəndələrini bir araya gətirən "Avropa Palataları üçün Şəbəkələşmə Səhər Yeməyi" tədbiri keçirilib.

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur

News

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 49 faizi ötüb

News

Cari ilin ilk 6 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard 43 milyon 858,31 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 994 milyon 933,69 min dollar azalma deməkdir.

Polşa biznesinin təmsilçiləri Azərbaycana səfər edəcək

News

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.

Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub

News

Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub.

Azərbaycan bankı Avropa fondu ilə yeni iri kredit sazişi imzalayıb - 22 milyon avro cəlb edir

News

Bank Respublika kiçik və orta biznesin dəstəklənməsi üçün EFSE-dən 22 milyon avro məbləğində vəsait cəlb edir. Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq.

Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq

News

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb.

Ticarət Missiyası Bakıya (Azərbaycan), 28 sentyabr - 1 oktyabr 2026-cı il

News

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) sizi Azərbaycan Respublikasının canlı paytaxtı Bakıya eksklüziv ticarət missiyasında iştirak etməyə dəvət etməkdən məmnunluq duyur.

"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib

News

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.

Aİ Cənubi Qafqazda sülh üçün əlaqə və icmalara dəstək proqramlarına başlayır

News

Aİ Cənubi Qafqazda sülh üçün əlaqə və icmalara dəstək proqramlarına başlayır

Aİ Azərbaycanı enerji və ticarət strategiyasının təməl sütunu kimi görür

News

Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər yeni və daha əhəmiyyətli bir mərhələyə qədəm qoyur.