Belçika şirkətləri Orta Dəhliz üzrə Azərbaycanla tərəfdaşlıqda perspektivlər görür - Stef Qoris
Sep 15, 2025
Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakı əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir, ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçika şirkətləri Orta dəhlizə maraq göstərirlər.
Bunu Belçika-Azərbaycan ticarət palatasının sədri Stef Qoris Trend-ə verdiyi müsahibədə deyib.
“Missiyanın iştirakçıları arasında Belçikanın iri intermodal şirkəti və beynəlxalq ekspeditoru olan “MOVE Intermodal” şirkətinin baş direktoru Lyuk Drissen də yer alırdı. O, Bakıda və marşrutun digər sahələrində - ta Çinə və Uzaq Şərqə qədər olan ərazidə, birgə fəaliyyətin inkişafı üçün biznes-tərəfdaş axtarır. Belçikalı şirkətlər də məhz indi bunu kəşf edirlər”, - deyə Stef Qoris bildirib.
Palata sədri əlavə edib ki, “MOVE Intermodal” böyük ehtimalla “Helman Worldwide Logistics” ilə uğurlu razılaşmaya nail olacaq. “Bu çox böyük bir razılaşma ola bilər. Şirkət Bakıya ilk dəfə gəlib və əvvəllər Azərbaycanda heç vaxt fəaliyyət göstərməyib. Biz onların səfərini təşkil etdik, üç–dörd gün ərzində işgüzar görüşlər keçirdik və konkret nəticələr əldə etdik ki, bu da əhəmiyyətli bir nailiyyətdir”, - o vurğulayıb.
Belçika şirkətləri xüsusi olaraq mettalurgiya sahəsinə maraq göstərirlər.
“Metallurgiya dedikdə biz təkcə qalvanasiya deyil, əlvan metalların istehsalı, onların emalı, təkrar istifadəsini nəzərdə tuturuq”, - Stef Qoris bildirib. Missiya çərçivəsində “Azer Aluminium” şirkəti və direktoru Maksim Poladovla məhsuldar görüş baş tutub.
Səfər zamanı həmçinin SOCAR və SOCAR Azerikimya-nın baş qərargahında ZINGAMETALL (ZINGA), “MOVE Intermodal”, “John Cockerill Hamon” və “Sarens Group” şirkətlərinin iştirakı ilə görüşlər keçirilib.
Missiyanın vacib nəticələrindən biri sənaye materiallarının və avadanlıqların təchizatı və tətbiqi üzrə ixtisaslaşmış Azərbaycan şirkəti – “Polad Texno” ilə əldə olunan razılaşmadır. Şirkət gələcəkdə belçikalı “ZINGAMETALL” şirkətinin, qoruyucu örtüklər və metal materiallar istehsalçısının məhsullarının distribyutoru olmağa hazırlaşır. “Polad Texno” məhsulların yerli bazarda mövcudluğunu təmin edəcək və onların tətbiqi üzrə ekspert dəstəyi göstərəcək.
S.Qoris həmçinin növbəti ticarət missiyasını yazın yaxınlarında təşkil etməyi planlaşdırdıqlarını bildirib.
SON XƏBƏRLƏR
Sep 15, 2025
Belçika şirkətləri Orta Dəhliz üzrə Azərbaycanla tərəfdaşlıqda perspektivlər görür - Stef Qoris
News
Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakı əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir, ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçika şirkətləri Orta dəhlizə maraq göstərirlər.
Sep 10, 2025
Belçika səfiri: "Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış saziş Orta Dəhlizin potensialını gücləndirəcək"
News
Avropanı Mərkəzi Asiya ilə birləşdirən və digər ölkələrə uzanan Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə artır.
Sep 03, 2025
"Moody's": Azərbaycan BOEM-in inkişafı üzrə regional liderə çevrilir
News
Xarici sərmayədarların Azərbaycanın bərpa olunan enerji sektoruna marağının artması hökumətin bu sahədəki məqsədlərinə çatmasında mühüm amil olacaq.
Sep 01, 2025
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
News
Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.
Aug 31, 2025
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvanda nəqliyyat layihələrini müzakirə edib
News
Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Aug 11, 2025
AYİB Azərbaycan mebel istehsalçısını dəstəkləyir
News
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı mebel istehsalçısı və pərakəndə satışı ilə məşğul olan Saloğluna rəqabət qabiliyyətini artırmaq üçün yerli valyutada 7 milyon ABŞ dolları ekvivalentində kredit verir.
Aug 08, 2025
Azərbaycan: Orta Dəhlizə açılan qapı və onun aparıcı qüvvəsi
News
Cənubi Qafqazda geosiyasi tarazlıqlar dəyişdikcə Azərbaycan beynəlxalq arenada əsas oyunçu kimi özünü təsdiq edir. Qlobal profili yüksəldikcə Azərbaycan dünyanın regionları ilə əməkdaşlığı gücləndirir.
Aug 01, 2025
Azərbaycanda dənizdə külək layihəsi ilə bağlı beş müxtəlif ərazi seçilib
News
Azərbaycanda dənizdə külək layihəsi ilə bağlı beş müxtəlif ərazi seçilib.
Jul 28, 2025
Azərbaycanda EBRD-nin cari layihə portfelinin dəyəri 950 milyon avroya düşüb
News
İyunun 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 948 milyon avro məbləğində qiymətləndirilir.
Jul 25, 2025
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23 %-ə yaxın artıb
News
Bu ilin I yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 10 milyard 461,6 milyon ABŞ dolları təşkil edib.
Jul 07, 2025
Aİ rəqəmsallaşma üzrə beynəlxalq strategiyası ilə bağlı yeni yanaşmasını təqdim edib
News
2025-ci ilin iyun ayının əvvəlində Avropa Komissiyası və Aİ-nin Ali nümayəndəsi Aİ-nin Beynəlxalq Rəqəmsallaşma Strategiyası üzrə yeni yanaşmasını təqdim ediblər.
Jul 01, 2025
Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı
News
Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb