Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb

Oct 14, 2025

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı.

 

Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) ilə irihəcmli kredit sazişi imzalayıb. Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.

 

Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.

 

Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.

 

“Bu saziş beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıl layihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

 

FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: “FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik.”

SON XƏBƏRLƏR

Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb

News

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Aİ və Azərbaycan ikinci nəqliyyat dialoqunda nəqliyyat əməkdaşlığını dərinləşdirir

News

Oktyabrın 9-da Avropa Komissiyası və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nazir Rəşad Nəbiyev və baş direktor Maqda Kopçinskanın həmsədrliyi ilə ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunu keçirib.

Aİ-Azərbaycan münasibətləri əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - Almaniya səfiri

News

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann xəbər verir ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər dinamik inkişafın yeni mərhələsinə qədəm qoyublar.

Azərbaycan və İtaliya prezidentləri Bakı danışıqlarında enerji, təhsil sahəsində tərəfdaşlığı xüsusi qeyd ediblər

News

Əliyev və Mattarella strateji əlaqələrin, Aİ əlaqələri üzrə əməkdaşlığın artdığını vurğulayıblar, İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak ediblər

AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

News

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.

Nazir: "Azərbaycanın Aİ ölkələri ilə bərpa olunan enerji sahəsində imkanları genişdir"

News

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imkanlar yalnız ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji sahəsində genişdir.

Belçika şirkətləri Orta Dəhliz üzrə Azərbaycanla tərəfdaşlıqda perspektivlər görür - Stef Qoris

News

Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakı əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir, ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçika şirkətləri Orta dəhlizə maraq göstərirlər.

Belçika səfiri: "Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış saziş Orta Dəhlizin potensialını gücləndirəcək"

News

Avropanı Mərkəzi Asiya ilə birləşdirən və digər ölkələrə uzanan Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə artır.

"Moody's": Azərbaycan BOEM-in inkişafı üzrə regional liderə çevrilir

News

Xarici sərmayədarların Azərbaycanın bərpa olunan enerji sektoruna marağının artması hökumətin bu sahədəki məqsədlərinə çatmasında mühüm amil olacaq.

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib

News

Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvanda nəqliyyat layihələrini müzakirə edib

News

Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.