Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması ilə bağlı prioritetlərindən danışılıb

Feb 09, 2026

Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “Transxəzər nəqliyyat dəhlizi və regional iqtisadi bağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artan strateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcı rolu diqqətə çatdırılıb.

 

Bildirilib ki, Orta Dəhliz tranzit marşrut olmaqla yanaşı, regional iqtisadi inteqrasiya və Avrasiya məkanında əməkdaşlıq üçün əsas platformaya çevrilib. Azərbaycanın son illərdə dəmir yolu, liman, dəniz və logistika infrastrukturlarına yatırdığı investisiyalar dəhlizin mövqeyini gücləndirib.

 

Azərbaycan nümayəndə heyəti iştirakçılara Bakı – Tbilisi – Qars dəmir yolu xəttində modernləşdirmə işlərinin tamamlanması, Xəzər dənizində limanların və flotiliyanın birgə genişləndirilməsi, Zəngəzur dəhlizinin mühüm diversifikasiya elementi olması barədə də məlumat verib.

 

Həmçinin vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizinin uzun müddət rəqabətədavamlı olması təkcə yolların və infrastrukturun qurulmasından asılı deyil. Bunun üçün sərhəd prosedurlarının sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, iş prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də vacibdir. Azərbaycan bu istiqamətdə təşəbbüslərini genişləndirir. Qanunvericilikdə dəyişiklik edilib, müvafiq hüquqi baza formalaşdırılıb, dövlət başçısının Fərmanı ilə əməliyyatların səmərəliliyi və proqnozlaşdırma keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək “Bir pəncərə” informasiya sistemi yaradılır. Hazırlanmaqda olan Rəqəmsal Logistika Platforması nəqliyyat, gömrük və logistika iştirakçılarını vahid elektron sistemdə birləşdirərək real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək. Nəticədə proseslər daha şəffaf və çevik həyata keçiriləcək.

 

Plenar sessiyada Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyindən də danışılıb. Qeyd edilib ki, nəqliyyat əlaqələrinin gücləndirilməsi prezidentliyin prioritetlərindən biridir. Azərbaycan Orta Dəhlizin dayanıqlı, rəqabətli, rəqəmsal və inteqrasiya olunmuş regional bağlantı xəttinə çevrilməsi istiqamətində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

SON XƏBƏRLƏR

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması ilə bağlı prioritetlərindən danışılıb

News

Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.

Aİ Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək

News

Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək.

Aİ və Azərbaycan investisiya və əlaqələri artırmaq üçün əməkdaşlığı gücləndirir

News

Bu gün Avropa İttifaqı və Azərbaycan Aİ-nin Qlobal Qapı təşəbbüsü və bu yaxınlarda təqdim edilən Regionlararası Əlaqə Gündəliyi çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəldilər.

Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla gələcək biznesin dəstəklənməsi layihələri üçün imkanları araşdırır (ÖZƏL)

News

Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla biznes-delegasiyaları və qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığın inkişafı üçün effektiv və özünü doğrultmuş alət kimi qiymətləndirir.

Azərbaycan və Aİ daha güclü iqtisadi əməkdaşlığa niyyətlidirlər

News

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman ilə iqtisadi əməkdaşlığın gücləndirilməsinə diqqət yetirərək danışıqlar aparıb.

Azərbaycan Avropa ilə iki yeni enerji müqaviləsi imzalayıb

News

Azərbaycan Avstriya və Almaniya ilə iki yeni enerji təchizatı müqaviləsi imzalayıb və bununla da Avropanın əsas təchizatçısı kimi mövqeyini möhkəmləndirib.

Mikayıl Cabbarov: "Aİ ilə nəqliyyat-logistika infrastrukturunun inkişafı müzakirə olunub"

News

İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub.

Prezident Marta Kosla görüşüb

News

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.

“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi İtaliyanın elektrik enerjisindən faydalanmasına imkan yaradacaq

News

2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaqdır.

Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyalarla bağlı əsas çətinlikləri açıqladı

News

Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyalarla bağlı əsas çətinlikləri açıqlayıb.

AYİB AccessBank-a gənc sahibkarlara kreditlər vermək üçün 20 milyon ABŞ dolları ayırıb

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlığa (KOB) yönəlmiş aparıcı Azərbaycan banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarına (17,1 milyon avro) qədər kredit ayırır.

EBRD Azərbaycanın enerji sektorunun dekarbonizasiyası ilə bağlı tövsiyələr hazırlayıb

News

Energetika Nazirliyində "Azərbaycanda enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr" sənədinin təqdimatı keçirilib.