“Yaşıl bağlantı üzrə investisiya” mövzusunda Azərbaycan–Avropa İttifaqı dəyirmi masası keçirilib

Mar 04, 2026

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

 

Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan Zeynalov və Elnur Soltanov, Aİ tərəfindən isə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero, Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG ENEST) Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kiralinin iştirakı ilə keçirilən tədbirdə bağlantılar və ötürmə, bərpa olunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub.

 

Dəyirmi masada Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Aİ-nin bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi  ilə bağlı müzakirələr aparılıb. Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.

 

Dəyirmi masada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company), “Yaşıl Dəhliz Birliyi” (Green Corridor Alliance), “SOCAR Green”, “Azərenerji” ASC, “Siemens Energy”, “Total Energies”, “Nobel Energy”, “Azerbaijan Green Energy Company”, “Acwa”, “Masdar”, ENERCON, AYİB, AİB, BMK və Alman-Azərbaycan Ticarət Palatası təmsil olunub.

SON XƏBƏRLƏR

Bakıda İtaliya-Azərbaycan Biznes Forumu təşkil ediləcək

News

Noyabrın 23-də Bakıda İtaliya-Azərbaycan biznes-forumu təşkil ediləcək.

Aİ-Azərbaycan Biznes Forumu 2026 keçirilib

News

İlk dəfə 2016-cı ildə Bakıda təşkil olunan Aİ-Azərbaycan Biznes Forumunun bu il 10 illik yubileyi qeyd edilib.

Belçika-Azərbaycan Ticarət Palatasının Bakıda ofisi açılıb

News

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) Bakıda ofis açıb ki, bu da ikitərəfli işgüzar əlaqələrin inkişafında mühüm mərhələdir.

Aİ-Azərbaycan Biznes Forumu 2026 oktyabrın 21-də Bakıda keçiriləcək

News

Avropa İttifaqı-Azərbaycan Biznes Forumu 2026: Aİ-Azərbaycan biznes dialoqunun 10 illiyi

Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026

News

Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları

Avropa Ticarət Palatalarının Şəbəkələşmə tədbiri keçirilib

News

Bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən Aİ Ticarət Palatalarının nümayəndələrini bir araya gətirən "Avropa Palataları üçün Şəbəkələşmə Səhər Yeməyi" tədbiri keçirilib.

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur

News

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 49 faizi ötüb

News

Cari ilin ilk 6 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard 43 milyon 858,31 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 994 milyon 933,69 min dollar azalma deməkdir.

Polşa biznesinin təmsilçiləri Azərbaycana səfər edəcək

News

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.

Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub

News

Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub.

Azərbaycan bankı Avropa fondu ilə yeni iri kredit sazişi imzalayıb - 22 milyon avro cəlb edir

News

Bank Respublika kiçik və orta biznesin dəstəklənməsi üçün EFSE-dən 22 milyon avro məbləğində vəsait cəlb edir. Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq.

Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq

News

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb.