Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
Jun 06, 2026
Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl hidrogen" sahəsi daxil olmaqla, layihələr hazırlayır.
Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı fəal şəkildə genişlənir və təkcə ənənəvi istiqamətləri deyil, həm də bərpa olunan enerji mənbələrinə keçidlə bağlı yeni seqmentləri əhatə edir.
R.Horlemann qeyd edib ki, Almaniyanın üç enerji şirkəti Azərbaycan qazını almağa başlayıb ki, bu da əməkdaşlıqda çox müsbət inkişafıdır.
"Digər tərəfdən, "SOCAR Green"in bərpa olunan enerji ilə məşğul olan yeni bölməsi Almaniyada çox güclü bir tərəfdaş tapıb. Artıq "yaşıl hidrogen" sahəsi də daxil olmaqla, yeni əməkdaşlıq layihələri hazırlanır", - o bildirib.
Səfirin sözlərinə görə, xüsusi diqqət "yaşıl hidrogen" sahəsinə yetirilir. Bu sahə CO₂ emissiyalarının azaldılması və təbii qazın tədricən daha təmiz enerji mənbələri ilə əvəzlənməsinə dair siyasət çərçivəsində Avropanın gələcək enerji transformasiyasının əsas elementi kimi nəzərdən keçirilir.
R.Horlemann həmçinin vurğulayıb ki, Almaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq fəal olaraq qalır, layihələrin əhəmiyyətli hissəsi isə birgə təhsil və investisiya təşəbbüsləri də daxil olmaqla, özəl sektor, universitetlər və biznes strukturları vasitəsilə həyata keçirilir: "Almaniya təkcə Bakıda deyil, Azərbaycanın bütün ərazisində fəal şəkildə işləyəcək. Almaniya tərəfinin nümayəndələri ölkənin şəhər və regionlarına səfərlər edir. Bununla da onlar müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edərək ikitərəfli münasibətləri, o cümlədən iqtisadi sahədə əlaqələri dərinləşdirirlər".
SON XƏBƏRLƏR
Jun 06, 2026
AYİB: Qlobal enerji qiymətlərinin artması Azərbaycana əlavə gəlirlər qazandıra bilər
News
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iyunun 3-də dərc olunmuş ən son hesabatında bildirilir ki, ötən il Azərbaycan iqtisadiyyatının artım tempində müəyyən zəifləmə qeydə alınıb. Karbohidrogen hasilatının azalması 2026-cı ilin əvvəlində iqtisadi artımın müvəqqəti zəifləməsinə səbəb olub.
Jun 06, 2026
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
News
Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl hidrogen" sahəsi daxil olmaqla, layihələr hazırlayır.
Jun 04, 2026
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edir
News
2 və 3 iyun tarixlərində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri və yeni Hərtərəfli Saziş üzrə danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlar Aİ və Azərbaycan arasında münasibətlərin 30 illiyi ilə eyni vaxta təsadüf edib.
Jun 02, 2026
Azərbaycan Bolqarıstan və Aİ ölkələri üçün etibarlı tərəfdaşdır
News
Kiril Temelkov, Bolqarıstan Respublikasının energetika nazirinin müavini
Jun 01, 2026
Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
News
Azərbaycanın Xəzər dənizindəki külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var və Avropa İttifaqı (Aİ) gələcəkdə yaşıl enerji dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırır.
May 16, 2026
Aİ-nin ənənəvi "Avropa şəhərciyi" bu il Gəncədə keçiriləcək
News
Avropa İttifaqının (Aİ) ənənəvi "Avropa şəhərciyi" tədbiri bu ilin iyun ayında Gəncə şəhərində keçiriləcək.
May 06, 2026
Azərbaycan və Aİ əməkdaşlıq imkanlarını araşdırır
News
Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb.
Apr 28, 2026
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
News
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
Apr 24, 2026
Azərbaycan-Latviya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb
News
Azərbaycan-Latviya biznes-forumu çərçivəsində AZPROMO ilə Latviya Ticarət və Sənaye Palatası, “Caspian Energy Club International” MMC ilə “Power House Latvia” LCC arasında Anlaşma memorandumları imzalanıb.
Apr 20, 2026
Latviya Azərbaycan ilə Aİ arasında praktiki əməkdaşlığın inkişafına fəal töhfə verir (ÖZƏL MÜSAHİBƏ)
News
Latviya Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında praktiki əməkdaşlığın inkişafına fəal şəkildə töhfə verir.
Apr 17, 2026
Azərbaycan və Aİ yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etməyi müzakirə edir
News
16 apreldə Brüsseldə yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etmək və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə əlavə müzakirələr aparmaq üçün Azərbaycan və Avropa İttifaqı nümayəndə heyətləri arasında görüş keçirildi.
Apr 09, 2026
Azərbaycanın bərpa olunan mənbələrdən istehsal edilən enerjisi artıq beynəlxalq sertifikatlaşdırılır
News
Azərbaycan bərpa olunan enerji sektorunun inkişafı və dekarbonizasiya hədəflərinə nail olmaq istiqamətində mühüm addım ataraq, Beynəlxalq Bərpa Olunan Enerji Sertifikatları sistemi I-REC(E) mexanizmini tətbiq etməyə başlayır.