Aİ-Azərbaycan Biznes Forumu 2024-2026 layihəsinin açılış tədbiri keçirildi
Jun 04, 2024
29 may 2024-cü il tarixində COWI Belgium Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFPalata) və InvestBaku ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Aİ-Azərbaycan Biznes Forumu 2024-2026 layihəsinin Açılış Tədbirini keçirdi.
Açılış tədbirində Avropa İttifaqına üzv ölkələrin səfirləri və diplomatları, ticarət palatalarının nümayəndələri və 90-dan çox özəl şirkət nümayəndələri iştirak edib.
Layihənin əsas məqsədi Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığı təşviq etmək, Azərbaycanda biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığı artırmaqdır.
Tədbir Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri cənab Peter Mixalkonun açılış nitqi ilə başlayıb.
Tədbir Layihənin Kommunikasiya Strategiya Qrupunun rəhbəri və Afchamber-in İdarəedici Direktoru xanım Zibar Hüseynovanın təqdimatı ilə davam edib. O, Aİ-Azərbaycan Biznes Forumu layihəsinin 2024-2026-cı illər üzrə fəaliyyətini ətraflı təqdim edib. Buraya Avropa şirkətləri arasında Aİ-nin Biznes Mühiti Hesabatının sorğusunun başlanması, qarşıdan gələn Aİ-Azərbaycan biznes forumları və regionlara biznes missiyaları haqqında məlumatlar daxildir.
Daha sonra InvestBaku-nun icraçı direktoru cənab Cavid Mustafayev Avropa və Azərbaycan biznesləri arasında şəbəkələşməni asanlaşdırmaq üçün nəzərdə tutulmuş https://euazbusinessforum.az/ yeni rəqəmsal platformasını təqdim etdi. Platforma Azərbaycanda artıq fəaliyyət göstərən və ya gələcəkdə biznesə maraqlı olan Aİ şirkətlərinə potensial biznes partnyorları ilə əlaqə yaratmaq, bilikləri bölüşmək və birbaşa əlaqə yaratmaq imkanları verəcək.
Tədbir mövzu ətrafında müzakirə və sual-cavab sessiyası ilə davam edib.
Latest
Jul 01, 2025
Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı
News
Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
Jun 30, 2025
EU4Digital Akademiyasının “Kibertəhlükəsizliyə” dair kursu artıq Azərbaycan dilindədir
News
Azərbaycanda kiçik və orta ölçülü sahibkarlıq müəssisələri (KOB-lar) və vətəndaşlar EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursunda iştirak etməyə dəvət edilirlər.
Jun 27, 2025
AYİB Azərbaycanda su sektorunun səmərəliliyinin artırılması proqramına start verib
News
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki təşkilatlar üçün Maliyyə və Əməliyyat Səmərəliliyinin Artırılması Proqramının (FOPIP) başladıldığını elan edib.
Jun 19, 2025
Avropa Şəhərciyi – EuroVillage2025 Bakıda!
News
Avropa İttifaqı sizi “EuroVillage 2025” tədbirinə dəvət edir!
Jun 13, 2025
Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun üçüncü iclası keçirilib
News
Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncü iclası olub.
May 30, 2025
AYİB və Unibank Azərbaycanda ticarətin maliyyələşdirilməsini dəstəkləyəcək
News
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Ticarətin maliyyələşdirilməsi proqramı” (TFP) çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Unibank üçün 4,4 milyon avro məbləğində ticarətin maliyyələşdirilməsi xəttini təsdiq edib.
May 19, 2025
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Günü təşkil edib
News
Cümə axşamı Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Günü münasibətilə rəsmi qəbul keçirilib.
May 13, 2025
Azərbaycan və Aİ bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirməyi müzakirə ediblər
News
Azərbaycan və Avropa İttifaqı bir neçə sahədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib, deyə Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov X sosial şəbəkəsində bildirib,
May 12, 2025
Azərbaycandan Avropaya “yaşıl enerji” və hidrogen tədarükünə dair müzakirələr aparılıb
News
Energetika naziri Pərviz Şahbazovla Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında görüş olub.
Apr 26, 2025
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib
News
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
Apr 18, 2025
Varşavada Şərq Tərəfdaşlığı Biznes Forumu keçirildi
News
Şərq Tərəfdaşlığı Biznes Forumu 2025-ci il 15–16 aprel tarixlərində Varşavadakı PGE Narodowy Stadionunda keçirilib. Forum Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, regional prioritetlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparmaq üçün platforma rolunu oynayıb.
Apr 05, 2025
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib
News
Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.