Jul 01, 2024
Birinci Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu keçirilib
Birinci Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu 2024-cü il iyunun 27-də onlayn keçirilib və Polşanın Bakıdakı Səfirliyi, Fintech Poland, Azərbaycan Fintech Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilib.
Tədbiri Polşa Respublikasının Bakıdakı Səfirliyinin müşaviri Bartoş Musiałowicz açıb. Fintech Poland-in icraçı direktoru Pavel Vidavski Polşa fintech sektorunun ətraflı təsvirini təqdim edib, Azərbaycan sektorunu isə Azərbaycan Fintech Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov və icraçı direktor Azər Əkbərov təqdim edib. Növbəti olaraq, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Azərbaycanın bank bazarını xarakterizə edib.
Tədbir hər iki bazarın trendləri və inkişaf imkanları haqqında təcrübə mübadiləsi və məlumat əldə etmək fürsəti təqdim edib. Tədbir, Polşa və Azərbaycan fintech şirkətlərinin birgə əməkdaşlıq hədəfləri ilə innovativ həllərini vurğulayıb. Görüş zamanı Polşa fintech şirkətləri (Digital Fingerprints, New Digital Street, Visiona, Face Phi, LexisNexis Risk Solutions) və Azərbaycan fintech şirkətləri (eManat, ExpressPay, Mobile Payment Systems, United Payment Azerbaijan) öz həllərini təqdim ediblər, həmçinin Rymarz Zdort Maruta hüquq firması Polşa fintech bazarına daxil olma qaydalarını təqdim edib.
Hər iki ölkədən 100-dən çox iştirakçı tədbirdə iştirak edib.