Oct 15, 2024
Avropa İttifaqı-Türkiyə Azərbaycan İnvestisiya Görüşü, 2024
“Avropa İttifaqı-Türkiyə Azərbaycan İnvestisiya Görüşü, 2024” adlı tədbir 30-31 oktyabr 2024-cü il tarixlərində Azərbaycanın Lənkəran şəhərində, Lənkəran Springs Oteldə keçiriləcək.
Avropa İttifaqı ölkələrindən və Türkiyədən maraqlı investorları və meyvə-tərəvəz alıcılarını bu dəyərli fürsətdən yararlanmağa dəvət edirik. Tədbir, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıqda həyata keçirilən EU4Lankaran layihəsi çərçivəsində təşkil olunur. Bu tədbir, Azərbaycanın sürətlə inkişaf edən və strateji əhəmiyyətə malik olan Lənkəran bölgəsinə investisiya qoymaq üçün nadir bir imkan yaradır. İki gün ərzində iştirakçılar potensial investisiya təklifləri ilə bağlı təqdimatlar, B2B görüşləri və Lənkəran-Astara bölgəsində sahə ziyarətlərindən faydalanacaqlar.
Xüsusilə turizm və kənd təsərrüfatı sektorlarına, o cümlədən meyvə-tərəvəz istehsalı və emalı üçün yeni texnologiyalara maraqlı investorları cəlb etməyə xüsusi önəm veririk.
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıqda həyata keçirilən “EU4Lankaran” layihəsi çərçivəsində təşkil olunur.
- Qeydiyyat üçün əlaqə:
Aydan Topçubaşova
event@eu4lankaran.az
+99455 551 1920 (WhatsApp)