Jun 19, 2025

Avropa Şəhərciyi – EuroVillage2025 Bakıda!

Avropa İttifaqı sizi “EuroVillage 2025” tədbirinə dəvət edir!

 

İyunun 22-də Bakı bulvarında təşkil olunacaq bu açıq hava festivalında Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə tanış olacaq, onların mədəniyyəti, dəyərləri və ənənələrini kəşf edəcəksiniz.

 

Üstəlik:

  • Avropa İttifaqının Azərbaycandakı layihələri barədə məlumat alacaq;
  • Avropada təhsil imkanları ilə maraqlanacaq;
  • İdman və əyləncə zonalarında aktiv iştirak edə biləcəksiniz.
  • Sabah FK ilə mini futbol;
  • Basketbol meydançası;
  • Əyləncəli oyunlar və sürpriz hədiyyələr.
     

Samira Efendi və Miles Band konsert proqramı ilə çıxış edərək əhvalınızı daha da yüksəldəcək.
 

Ailəniz və dostlarınızla birlikdə rəngarəng, maarifləndirici və əyləncəli bir gün keçirmək üçün sizi gözləyirik!
 

  • 22 iyun, Bakı Bulvarı (Dəniz Mall yaxınlığı)
  • Saat 13:00-dan etibarən
  • Giriş sərbəstdir