Mar 09, 2024

Qadınlara dəstək: Aİ-nin işgüzar qadınlara dəstəyi diqqət mərkəzində

Hazırda dünyada çoxsaylı böhranlar səbəbindən artan təzyiqlər fonunda gender bərabərliyi həmişəkindən daha vacibdir. 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunduğu bir vaxtda həyatın bütün sahələrində qadınların və qızların hüquqlarının təmin edilməsi və qadınlar arasında sahibkarlığın təşviqi firavan və ədalətli iqtisadiyyatın təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. 

 

Birləşmiş Millətlər Təşkilatı bu il Beynəlxalq Qadınlar Gününün “Qadınlara investisiya qoyuluşu: irəliləyişlərin sürətləndirilməsi” mövzusuna həsr olunmasını təklif edib və Avropa İttifaqı qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış müxtəlif layihə və təşəbbüsləri maliyyələşdirməklə bütün Şərq Tərəfdaşlığı ölkələrində qadınların iqtisadi səlahiyyətlərinin artırılmasını və qadınlar arasında sahibkarlığı təşviq edir.

 

“EU NEIGHBOURS east” layihəsi bu il Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq həyata keçirdiyi kampaniya çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada bizneslə məşğul olan qadınlar üçün mövcud olan bütün imkanları bir sıra izahedici materiallarda toplayıb. Materiallarda Aİ və onun tərəfdaşlarının dəstəyi ilə hər bir ölkədə qadınlar üçün məsləhət və maliyyə yardımı da yer alır. Biznesdə uğur qazanmış beş qadın sahibkarın uğur hekayələrində isə Aİ-nin dəstəyi ilə bizneslərini böyüdən qadınların nailiyyətlərindən söhbət açılır.

 

İzahedici materiallar: Siz də bacararsınız! Aİ-nin Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstəyi haqqında