si@socarmidstream.az

“Dayanıqlı kənd təsərrüfatında qadınlar`` Layihə Təklifləri üçün Çağırış

“Dayanıqlı kənd təsərrüfatında qadınlar” layihəsinə icraçı təşkilatın seçilməsi məqsədilə layihə təklifləri üçün çağırış

Description

 "Dayanıqlı kənd təsərrüfatında qadınlar" layihəsi Hacıqabul, Kürdəmir və Ucar rayonlarında dayanıqlı kənd təsərrüfatı təcrübəsini inkişaf etdirmək, ətraf mühiti qorumaq və icma rifahını artırmaq məqsədi daşıyır. İki il ərzində davam edəcək layihə şəhid və qazi ailələri, aztəminatlı ailələr, tək analar və digər həssas qrupdan olan 150 qadını dəstəkləyəcək. İştirakçılar dayanıqlı kənd təsərrüfatı təcrübələri, biznes idarəçiliyi, maliyyə savadlılığı və peşə/texniki bacarıqlar, o cümlədən bağçılıq təlimi və sağlamlıq, gözəllik və şəxsi qulluq məhsullarının istehsalı sahələrində hərtərəfli təlim və mentorluq alacaq. Kənd təsərrüfatı məhsuldarlığını artırmaq və dayanıqlı təcrübələri dəstəkləmək məqsədilə 150 layihə benefisiarının hər birinin fərdi təsərrüfatında 100 m² sahəni əhatə edən istixana quraşdırılacaq. Layihə benefisiarları da öz növbəsində əldə etdikləri bilik, bacarıq və resurslardan istifadə edərək həm istixana daxilində həm də kənarda yerli torpaq və iqlim şəraitinə uyğun olan müxtəlif bitki, ağac və kollar yetişdirəcək. Bu bitkilər sağlamlıq və şəxsi qulluq məhsullarını istehsal etmək üçün istifadə olunacaq. Layihə çərçivəsində iştirakçılar əkdiyi bitkilərdən istifadə edərək kiçik miqyasda məhsul istehsal etmələri üçün lazım olan avadanlıq və təchizat ilə təmin olunacaq. Layihə müddətində iştirakçılara kənd təsərrüfatı və sahibkarlıq məsələləri üzrə davamlı şəkildə məsləhət və texniki dəstək veriləcək, eləcə də qanuni tələblər, istehsal standartlarına əməl etmək və müvafiq icazələrin əldə olunması üçün yardım göstəriləcək. Məhsul satışını asanlaşdırmaq və benefisiarları mövcud dəstək və əməkdaşlıq proqramları haqqında məlumatlandırmaq üçün fərqli təşkilatlarla tərəfdaşlıq əlaqələri qurulacaq. Uzunmüddətli dayanıqlılığı təmin etmək üçün 12 qadın istehsal və inkişaf qrupu yaradılacaq. Yerli hakimiyyət orqanları, icma liderləri və müvafiq təşkilatlarla müntəzəm ünsiyyət və əməkdaşlıq ediləcək. Layihə gedişatını izləmək və nəticələri ölçmək məqsədilə monitorinq və qiymətləndirmə üzrə hərtərəfli çərçivə sənədi və layihə yekunlaşdıqdan sonra davamlılığın təmin olunması üçün strategiyalar hazırlanacaq. Fərqli komponentləri bir araya gətirməklə layihə, qadınları səlahiyyətləndirmək, dayanıqlı kənd təsərrüfatı təcrübələrini inkişaf etdirmək və daha geniş ölçüdə dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək məqsədi daşıyır.

 

Layihə benefisiarları

Layihənin əsas hədəf qrupuna Hacıqabul, Kürdəmir və Ucarda yaşayan şəhid və qazi ailəsi və aztəminatlı ailələrdən olan qadınlar, tək analar və digər həssas qrupdan olan 150 qadın aiddir. 

Don't lose this opportunity!

Days

Hours

Min

Sec

Closed

Current phase: Request for proposal (RFP)

Publication date:

07/31/2024 12:00

Deadline for replies:

09/09/2024 14:00

Files

SMO-Proposal Template.docx

Women in Sustainable Agriculture CfP - Aze (1).docx

Women in Sustainable Agriculture CfP - Eng.docx