Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2016
Sorğunun nəticələri Aİ şirkətlərinin Azərbaycandakı iqtisadi vəziyyət və biznes mühiti, eləcə də yerli investisiya mühiti haqqında fikirlərini və ölkədə iqtisadiyyat və biznes sahəsindəki gələcək inkişaf ilə bağlı gözləntilərini əks etdirir.
1 mart - 8 aprel 2016-cı il tarixləri arasında AHK Azərbaycan ilk biznes mühiti hesabatının əsasını təşkil edən biznes mühiti sorğusunu həyata keçirmişdir.
Azərbaycandakı Avropa biznes təbəqəsi təxminən 400 Avropa mənşəli şirkəti ilə ən böyük xarici investorlar qrupunu təmsil edir. Avropa bizneslərinin əksəriyyəti yerli iqtisadiyyatın şaxələndirilməsi üçün strateji əhəmiyyət kəsb edən qeyri-neft sektorlarında fəaliyyət göstərən kiçik və orta müəssisələrdir.
2016-cı il sorğusunun əsas nəticələri:
- Respondentlər ölkə iqtisadiyyatı və müvafiq sektorları ilə müqayisədə, öz şəxsi biznesləri ilə bağlı daha müsbət baxışa malikdirlər.
- Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin əksəriyyəti qısa müddətli iqtisadi inkişaf perspektivinin zəif olduğunu düşünür və 2016-cı ildə öz gəlirlərinin azalacağını gözləyir.
- Aİ şirkətlərinin 2016-cı ildə fəaliyyətinə təsir göstərən 3 əsas amil Devalvasiya və bazarın qeyri-müəyyən istiqamətdə inkişafı; Bürokratiya; və Korrupsiya və gömrük nəzarəti ilə bağlı qeydə alınmışdır.
- Biznes mühitinin 3 ən yaxşı göstəricisi İşçilərin ixtisaslaşması və məhsuldarlığı; Siyasi və sosial sabitlik; və İnfrastruktur olaraq qiymətləndirilmişdir.
- Nəticələr göstərir ki, növbəti 2 ilin asan olmayacağı gözlənilir, lakin sahibkarlar qarşıdakı 3-5 il ilə bağlı pozitiv baxışa malikdirlər və cari islahatların müsbət dəyişikliklərə səbəb olacağına inanırlar.
Pages: 0 pages | File size: 0.0 MB