EU4Digital Akademiyasının “Kibertəhlükəsizliyə” dair kursu artıq Azərbaycan dilindədir

Jun 30, 2025

Azərbaycanda kiçik və orta ölçülü sahibkarlıq müəssisələri (KOB-lar) və vətəndaşlar EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursunda iştirak etməyə dəvət edilirlər. Bu kursda iştirak etməklə şəxsi və ya peşəkar istifadə üçün rəqəmsal texnologiyalarla bağlı təhlükəsizliyinizi təmin edəcək bilik və alətlərə yiyələnəcəksiniz. EU4Digital proqramı onlayn istifadəçiləri dəstəkləmək məqsədilə sözügedən ödənişsiz təlim kursunun Azərbaycan dilinə tərcümə edildiyini bildirir. 

 

Təlim kursu bu sahədə məlumatlılığını və bacarıqlarını artırmaq istəyən qeyri-peşəkarlar üçün nəzərdə tutulub. Kibertəhlükəsizliyin əsas prinsipləri və mühüm bacarıqlarının aşılanması ilə başlayan kursu sərbəst qrafiklə təxminən 5 saata bitirmək mümkündür.

 

Kursda iştirak edən şəxslərə Aİ ilə uyğunlaşdırılmış mikroetimadnamə təqdim olunur. Nişan formasında olan bu etimadnamələri yeni bacarıq və biliklərin sübutu kimi sosial mediada paylaşa və ya CV-də yerləşdirə bilərsiniz.

 

Finlandiyanın aparıcı onlayn təhsil provayderi olan “MinnaLearn” tərəfindən hazırlanmış bu kurs həmçinin EU4Digital Akademiyasının öyrənmə kataloqu vasitəsilə İngilis dilində əlçatandır. Kursda Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşayan və kibertəhlükəsizlik mövzusu ilə maraqlanan istənilən vətəndaş, kiçik sahibkarlıq müəssisələrinin əməkdaşları və digər şəxslər iştirak edə bilər.

 

Qeydiyyatdan keçin!

 

EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursu üçün qeydiyyatdan keçin:

 

 

Əlavə məlumat

 

Kibertəhlükəsizliyə dair kurs EU4Digital Akademiyasının rəqəmsal texnologiyalar üzrə üçüncü belə pulsuz təlim kursudur. Hər bir ölkənin ehtiyaclarına uyğun tərtib olunmuş “Aİ satış platformalarında elektron ticarət” mövzusunda kursda artıq 5500 nəfərə yaxın şəxs iştirak edib və onlardan 1000-i artıq bu kursu müvəffəqiyyətlə bitirib. 2025-ci ilin mart ayından etibarən əlçatan olan “Rəqəmsal marketinqin əsasları” adlı kurs üçün də qeydiyyat davam edir.

 

 

EU4Digital proqramının rəqəmsal təhsil proqramı olan EU4Digital Akademiyası əvvəllər EU4Digital EdTech Hub təşəbbüsü adlanırdı. EU4Digital Akademiyası Rəqəmsal bacarıqlar tematik sahəsinin fəaliyyətləri çərçivəsində yaradılıb. Daha çox öyrənmək üçün:

 

 

Hər hansı suallar və ya əməkdaşlıq təklifləri ilə bağlı eu4digitalacademy@lt.ey.com ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın. 

LATEST

Belgian-Azerbaijani Chamber opens Baku office

News

Belgian-Azerbaijani Chamber of Commerce (BELGAZERCOM) has opened Baku office, which is a big milestone in bilateral business relations, Stef Goris, Chairman of BELGAZERCOM,

EU-Azerbaijan Business Forum 2026 to be held in Baku on 21 October

News

EU-Azerbaijan Business Forum 2026: Celebrating 10 Years of EU-Azerbaijan Business Dialogue

German–Azerbaijani Connectivity Conference 2026

News

Mobilizing Finance for Infrastructure, Transport, Logistics, Green Energy, and Digitalization along the Middle Corridor

EU Chambers Networking Breakfast Held in Baku

News

The EU Chambers Networking Breakfast was held today in Baku, bringing together representatives of EU Chambers of Commerce operating in Azerbaijan

EU highlights its role as Azerbaijan’s largest trading partner

News

EU is proud to be Azerbaijan's largest trading partner, Head of the European Union Delegation to Azerbaijan, Marijana Kujundžić, said,

Share of EU countries in Azerbaijan’s total exports exceeds 49 percent

News

In the first six months of the current year, Azerbaijan exported $8.0438 billion worth of goods to European Union countries, representing an 11% decline ($994.93 million) compared to the same period last year.

Polish business representatives to visit Azerbaijan

News

In November this year, representatives of Polish business are scheduled to take part in a trade mission to Azerbaijan.

Newly established Azerbaijan-Netherlands Chamber of Commerce inaugurated in The Hague

News

The newly established Azerbaijan-Netherlands Chamber of Commerce was inaugurated in The Hague during an official reception organized by the Embassy of the Republic of Azerbaijan on the occasion of 28 May – Independence Day, Report informs.

Bank Respublika secures €22 million from EFSE

News

New agreement between Bank Respublika and EFSE will expand access to finance for businesses

Azerbaijan-Germany Business Council to serve as platform for new cooperation opportunities

News

During the official visit of President of Azerbaijan Ilham Aliyev to Germany, the “Joint Declaration on the Establishment and Activities of the Azerbaijan-Germany Business Council” was signed.

Trade Mission to Baku (Azerbaijan) - September 28 to October 1, 2026

News

The Belgian-Azerbaijani Chamber of Commerce (BELGAZERCOM) is pleased to invite you to participate in an exclusive trade mission to Baku, the vibrant capital of the Republic of Azerbaijan.

Bank Respublika Secures EUR 15 Million from Finnfund to Support Green Finance and MSMEs in Azerbaijan

News

Bank Respublika and Finnfund Sign a Major Credit Agreement