Feb 03, 2024

EU4 Azerbaijan: Aİ ilə əməkdaşlığa dair ən son məlumat üçün vahid məkan

Şərq Tərəfdaşlığı ölkələrində Aİ ilə əməkdaşlıq haqqında ən son məlumatlar axtarırsınız? Azərbaycanda yaşayırsınızsa və ya bu ölkə ilə maraqlanırsınızsa, “EU NEIGHBOURS east” proqramı tərəfindən dəstəklənən unikal inteqrasiya olunmuş onlayn platforma – EUDIGITOOL sayəsində ölkənizdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə və proqramlar haqqında yenilənmiş məlumatlar əldə edə bilərsiniz.

Ümumilikdə bu platformada altı Şərq Tərəfdaşlığı ölkəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən minə yaxın layihə və proqram haqqında məlumat toplanıb. 

 

EUDIGITOOL internet səhifəsində Aİ tərəfindən maliyyələşdirilən layihələr və onların fəaliyyətləri haqqında məlumatlar yer alıb. Bu məlumatlar daha sonra konkret ölkə üzrə internet səhifəsinə – eu4azerbaijan.eu, eləcə də “EU NEIGHBOURS east” proqramının internet səhifəsinə (euneighbourseast.eu) ötürülür. 

 

Bütün məlumatlar yerli dillərdə, eləcə də ingilis dilində mövcuddur.

 

Platformaya daxil olmaqla ölkənizdəki hər bir layihə haqqında ətraflı məlumatlarla yanaşı, ən son xəbərlər, uğur hekayələri və iştirak imkanları, həmçinin Aİ ilə ölkəniz arasında əlaqələr və əməkdaşlıqla bağlı mühüm məlumatlar ilə tanış ola bilərsiniz.

 

Daha çox öyrən

eu4azerbaijan.eu

euneighbourseast.eu/az