si@socarmidstream.az

“Şəhər meşələri: Ağacdan daha artıq” Layihə Təklifləri üçün Çağırış

Şəhər meşələri layihəsi ilə bağlı icraçı təşkilatın seçilməsi məqsədilə layihə təklifləri üçün çağırış.

Description

Seçilmiş təşkilat layihə təklifləri üçün çağırış sənədində qeyd edilən ağacların əkilməsi və bununla əlaqəli digər fəaliyyətləri icra edəcək. Layihə təklifləri si@socarmidstream.az ünvanına 28 avqust, 2024-cü il, yerli vaxtla saat 14:00-a kimi göndərilməlidir.

SOCAR və onun Cənubi Qafqaz Boru Kəmərindəki (CQBK) tərəfdaşları maraqlı tərəfləri şəhər meşələri layihəsinin icrası ilə bağlı layihə təkliflərini təqdim etməyə dəvət edir. Qeyd etmək lazımdır ki, layihə SOCAR Sosial Sərmayə Təşəbbüsü çərçivəsində həyata keçirilir və şəhər meşələrinin salınması ilə bağlı təcrübənin inkişafına, ətraf mühitin mühafizəsinə və cəmiyyətin rifahına töhfə vermək məqsədini daşıyır. Şəhər meşələri layihəsini icra etməklə biz aşağıda qeyd olunan və onlarla əlaqəli digər məqsədlərə nail olmağı planlayırıq:

Ətraf mühitin mühafizəsi: yaşıllıqların mühafizəsi və artırılması ilə urbanizasiyanın səbəb olduğu hava və suyun çirklənməsi kimi mənfi təsirləri azaltmaq.

Meşələrin salınması: meşələrin qırılmasına qarşı mübarizə aparmaq, karbon sekvestrasiyasını artırmaq və biomüxtəlifliyin qorunmasını təşviq etmək üçün planlı şəkildə ağacların əkilməsi ilə şəhərin yaşıl infrastrukturunu artırmaq.

Şəhər istilik adası (Urban heat island) effektinin təsirinin azaldılması: ağac, bitki örtüyü və yaşıllıqların artırılması ilə şəhər istilik adası effektinin təsirini azaltmaqla şəhərdə yaşayış qabiliyyətini artırmaq.

Yağıntı sularının idarəedilməsi (Stormwater management): ağac və bitki örtüyündən istifadə etməklə təbii filtrasiya prosesi vasitəsilə yağıntı suyu axıntılarını idarə etmək, torpaq eroziyasının qarşısını almaq və suyun keyfiyyətini yaxşılaşdırmaq.

İcmanın sağlamlığı və rifahı: istirahətin təminatı, günlük stresi azaltmaq və sosial birlik məqsədilə yaşıl ictimai məkanlar yaratmaqla fiziki və əqli rifahı artırmaq.

Dayanıqlı şəhər inkişafı: İndiki və gələcək nəsillər üçün daha davamlı, dayanıqlı və yaşana bilən şəhər mühiti yaratmaq üçün meşələrin şəhər planlaşdırma və inkişaf strategiyalarına inteqrasiyası.

İctimai sağlamlığın gücləndirilməsi: Gözoxşayan yaşıllıqların yaradılması ilə şəhər mühitində günlük stresin azaldılması, cəmiyyətdə insanlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi və bununla da ümumi ictimai sağlamlığın inkişafına töhfə vermək.

Digər potensial faydalar: Ekoloji şüurun təşviqi və ətraf mühitin mühafizəsi sahəsində fənlərarası öyrənmə təşəbbüslərini dəstəkləmək, yaşıl sənayedə iş imkanlarının yaradılması, əlaqədar sahədə yerli bizneslərin dəstəklənməsi və ictimai səhiyyə xərclərinin azaldılması kimi digər potensial təsirləri müəyyənləşdirmək.

Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün şəhər meşələri layihəsi daha geniş ekoloji dayanıqlılıq məqsədlərinə töhfə verməklə yanaşı, eyni zamanda layihədən təsirlənən icmalarda iştirak və rifahın artırılmasını hədəfləyir. Potensial layihə və ya layihələr Bakı, Sumqayıt və qeyd olunan şəhərlərin ətraf ərazilərində bir neçə metrdən bir neçə kilometrə qədər olan torpaq sahələrini əhatə edə bilər.  

 

Layihə benefisiarları

Layihənin əsas hədəf qrupuna Bakı və Sumqayıt şəhərlərində və ətraf ərazilərdə yaşayan sakinlər və ziyarətçilər daxildir.  

Don't lose this opportunity!

Days

Hours

Min

Sec

Closed

Current phase: Request for proposal (RFP)

Publication date:

07/30/2024 12:00

Deadline for replies:

08/28/2024 14:00

Files

CfP- Urban Forestry - Eng. (1).docx

CfP- Urban Forestry - Aze (1).docx

index.zip

SOCAR Midstream Proposal Template (1).docx