Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020
Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2020 COWI Belçika tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), İnvestBaku ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bir hissəsi olaraq AZPROMO ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Bu hesabat 2016-cı ildən bəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşən illik “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanmışdır.
Bu, Azərbaycanda iş mühitini ölkədə fəaliyyət göstərən Avropa şirkətləri baxımından təqdim edilmiş beçinci illik tədqiqatdır. Azərbaycandakı Avropa biznes icması təxminən 400 Avropa mənşəli şirkəti ilə ən böyük xarici investorlar qrupunu təmsil edir. Avropa bizneslərinin əksəriyyəti yerli iqtisadiyyatın şaxələndirilməsi üçün strateji əhəmiyyət kəsb edən qeyri-neft sektorlarında fəaliyyət göstərən kiçik və orta müəssisələrdir.
Bu hesabat Avropa şirkətlərinin fikirləri əsasında hazırlanmışdır, masa üstü araşdırma və fokus qrup müzakirəsi kimi kəmiyyət və keyfiyyət metodlarından istifadə edilmişdir. Azərbaycan hökumətinin biznes mühitini yaxşılaşdırmaq, iqtisadiyyatı şaxələndirmək və kiçik və orta sahibkarlığı inkişaf etdirmək istiqamətində səyləri nəzərə alınaraq, Avropa şirkətlərinin rəyləri biznes və investisiya mühitində əsas tendensiyaların müəyyənləşdirilməsində və gələcək siyasət təkliflərinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. 2020-ci il pandemiya və karantin tədbirləri, neft qiymətlərindəki qısamüddətli şoklar və Dağlıq Qarabağdakı hərbi əməliyyatlar kimi global və yerli amillər tərəfindən təsirlənmişdir. Bu amillər ölkədəki biznes mühitini mürəkkəbləşdirib və Avropa şirkətlərinin fəaliyyətlərinə təsir göstərib. Şirkətlərin rəqəmsallaşma və uzaqdan işləmə kimi adaptasiya strategiyaları bu dövrün əsas həll yollarından olub. Hərbi əməliyyatlar bəzi Avropa şirkətlərini öz əməliyyatlarını müvəqqəti dayandırmağa məcbur edib, lakin ümumilikdə, Avropa şirkətləri hərbi vəziyyətlərə qarşı davamlılıqlarını nümayiş etdirərək, ölkədə fəaliyyətlərini davam etdirməyə hazır olduqlarını göstəriblər. Nəticədə, 2020-ci ildəki çətinliklərə baxmayaraq, Azərbaycan Avropa şirkətləri üçün cəlbedici investisiya məkanı olaraq qalmaqdadır.
Pages: 0 pages | File size: 0.0 MB