Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2017
Sorğunun nəticələri Azərbaycanın 2-ci Biznes Mühiti Hesabatının məzmununu təşkil etdi və Avropa İttifaqı (Aİ) ilə Azərbaycan şirkətləri arasındakı işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə istifadə olunacaqdır.
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Avropa İttifaqının maliyyə dəstəyi ilə 2-ci Aİ Biznes Mühiti Sorğusunu keçirdi.
Sorğu həmçinin Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin Azərbaycanın ilk Biznes Mühiti Sorğusunun keçirilməsindən (2016-cı ilin əvvəli) cari sorğunun keçirilməsinə qədər olan dövr ərzində Azərbaycanda biznes və investisiya mühitinin inkişafı ilə bağlı düşüncələrini də əks etdirdi.
Sorğuda iştirak edən şirkətlər geniş fəaliyyət sahəsini əhatə edən 16 sektoru təmsil edir və cavabların əksəriyyəti Dağ- Mədən, Neft və Qaz; Tikinti və Peşəkar, Elmi və Texniki fəaliyyətləri təmsil edən sənaye sahələrindən əldə edilmiş- dir. Sorğuda iştirak edən bütün Aİ şirkətlərinin 30%-ni Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətləri, 16% və 11%-ni isə müvafiq olaraq, Birləşmiş Krallıq və Fransa şirkətləri təmsil edir. Sorğuda iştirak edən şirkətlər eyni zamanda həcminə görə fərqlənir. Məsələn, şirkətlərdən 38%-i ümumi gəliri 500.000 avrodan az olan şirkətləri, 7%-i isə gəliri 50 milyon avrodan çox olan şirkətləri təmsil edir. Bir fakt da xüsusi olaraq vurğulanmalıdır ki, sorğu iştirakçı- larının əksəriyyəti Direktorlar / Baş İcraçı Direktorlar (45%) və Müdirlər (16%) olmuşdur. Tamamlanmış sorğuya əlavə olaraq, toplanılmış rəqəmsal məlumatların sözlü məlumatlarla təsdiqlənməsi məqsədilə 14 Aİ şirkətinin Baş İcraçı Direktoru və əsas nümayəndələri ilə üzbəüz müsahibələr aparılmışdır.
Pages: 0 pages | File size: 0.0 MB