Jul 07, 2025

Aİ rəqəmsallaşma üzrə beynəlxalq strategiyası ilə bağlı yeni yanaşmasını təqdim edib

2025-ci ilin iyun ayının əvvəlində Avropa Komissiyası və Aİ-nin Ali nümayəndəsi Aİ-nin Beynəlxalq Rəqəmsallaşma Strategiyası üzrə yeni yanaşmasını təqdim ediblər. Bu strategiya qlobal geosiyasi miqyasda cəmiyyətləri dəyişən rəqəmsal inqilab fonunda Aİ-nin etibarlı tərəfdaş olduğunu və müttəfiqləri ilə rəqəmsal əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.

 

Strategiya Aİ-nin fundamental dəyərlərinə və aşağıdakı məqsədlərə uyğun olaraq qaydalara əsaslanan qlobal rəqəmsal nizamın yaradılmasına sadiqliyini bir daha təsdiqləyir:

 

  • rəqəmsal tərəfdaşlıqların və dialoqların qurulması və dərinləşdirilməsi, yeni Rəqəmsal tərəfdaşlıq şəbəkəsi vasitəsilə əməkdaşlığın stimullaşdırılması və Aİ-nin və tərəfdaşlarının texnologiyalar sahəsində rəqabət qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi yolu ilə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi.
  • tərəfdaş ölkələrin rəqəmsallaşmaya keçidinin dəstəklənməsi məqsədilə Aİ-nin özəl və dövlət sektoru investisiyalarının birləşdirilməsi, süni intellekt (AI) mərkəzləri kimi komponentləri özündə birləşdirən etibarlı bağlantı, kibertəhlükəsizlik və digər sahələrə sərmayələrin yatırılması vasitəsilə Aİ-nin texnologiyalar sahəsində işgüzar təklifinin tətbiq edilməsi.
  • Aİ-nin fundamental dəyərlərinə uyğun olaraq, qaydalara əsaslanan qlobal rəqəmsal nizamın təşviqi ilə qlobal miqyasda rəqəmsal idarəçiliyin gücləndirilməsi.
     

Aİ dünyanın müxtəlif ölkələri ilə rəqəmsal prioritetlər üzrə uzunmüddətli əməkdaşlığı davam etdirir. Belə ki, tərəfdaş ölkələrlə əməkdaşlıq həm Global Gateway təşəbbüsü çərçivəsində, həmçinin müttəfiqlərlə yeni Təhlükəsizlik və müdafiə tərəfdaşlığı proqramı vasitəsilə sürətlə inkişaf edir.

 

Tərəfdaş ölkələrlə əməkdaşlıq aşağıdakı prioritet sahələrə yönələcək:

 

  • energetika və nəqliyyat kimi strateji əhəmiyyətə malik sektorlarda inkişafa şərait yaratmaq baxımından mühüm əhəmiyyət daşıyan təhlükəsiz və etibarlı rəqəmsal infrastruktur.
  • süni intellekt (AI), 5G/6G şəbəkələri, yarımkeçiricilər və kvant texnologiyaları kimi yeni yaranan texnologiyalar.
  • sosial inteqrasiyanı gücləndirən, insan hüquqlarını və demokratik prinsipləri qoruyan rəqəmsal idarəçilik.
  • Aİ-nin öz təhlükəsizliyinə birbaşa sərmayə kimi onun tərəfdaş ölkələrinin kibertəhlükəsizliyinin gücləndirilməsi üçün kibertəhlükəsizlik.
  • Transsərhəd biznesi sadələşdirə və vətəndaşların yerdəyişməsini stimullaşdıra biləcək əsas tərəfdaşlarla qarşılıqlı tanınma üzrə hazırlıqların həyata keçirilməsi istiqamətində çalışan rəqəmsal identifikasiya və rəqəmsal dövlət infrastrukturu.
  • uşaqların internet üzrə təhlükəsizliyinin təmin edilməsi, söz azadlığı, demokratiya və vətəndaşların məxfiliyinin qorunmasının təşviqinə davam etmək üçün onlayn platformalar.
  •  

Avropa Komissiyası və Ali nümayəndə mövcud məlumatlara, eləcə də ictimai müzakirələr nəticəsində toplanmış ideyalara əsaslanaraq mümkün qədər tez fəaliyyətə başlamaq məqsədilə təkliflərin qəbulundan dərhal sonra bir sıra tədbirlərdə həmin təklifləri irəli sürəcəklər.

 

Əlavə məlumat