Aİ Biznes Mühiti Hesabatları Azərbaycan
Aİ-nin Biznes Mühiti Hesabatları müxtəlif sektorları təmsil edən Aİ şirkətləri ilə aparılan sorğunun nəticələri və üzbəüz müsahibələr əsasında formalaşır.
Hesabat Aİ biznesləri tərəfindən qəbul edilən ölkədəki cari iqtisadi vəziyyət və biznes mühiti haqqında məlumat verir, eyni zamanda onların regionda üzləşdiyi əsas imkanlar və çətinlikləri təqdim edir.
2024
EU Business Climate Report Azerbaijan 2024
The “EU-Azerbaijan Business Forum” project is being implemented by VM EUROPE in partnership with Business Chambers and InvestBaku.
The “EU Business Climate Report Azerbaijan 2024” is the seventh edition of a regular study conducted in Azerbaijan since 2016 as part of the “EU-Azerbaijan Business Forum,” funded by the European Union (EU).
2021
Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2021
Bu hesabat 2016-cı ildən bəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşən illik “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanmışdır. Bu, Azərbaycanda iş mühitini ölkədə fəaliyyət göstərən Avropa şirkətləri baxımından təqdim edilmiş altıncı illik tədqiqatdır.
Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2021 COWI Belçika tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), InvestBaku ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bir hissəsi olaraq AZPROMO ilə koordinasiyalı şəkildə həyata keçirilib.